İsveçin Baş naziri öz yubileyini dövlət hesabına qeyd edəcək

Ötən şənbə günü İsveçin Baş naziri Ulf Kristerssonun iqamətgahında onun 60 illik yubileyi münasibətilə özəl tədbir keçirilib. Todaynews.az yerli KİV-lərə istinadla xəbər verir ki, Baş nazir təxminən 70 dəvətlinin iştirak etdiyi bu yubiley mərasiminin xərclərini öz vəsaitləri hesabına ödəyib.

Çərşənbə günü isə 350 nəfərin dəvət olunduğu daha böyük tədbir olub. Dəvətlilərin siyahısına partiyaların liderləri, səfirlər, mədəniyyət xadimləri və başqa tanınmış şəxslər daxil edilib.

Baş nazirin aparatının mətbuat xidmətindən Cenni Riderstedt bildirib ki, həmin tədbirin xərcləri hökumət tərəfindən ödənilib, çünki rəsmi qəbul Baş nazirin qəbulu çərçivəsində təşkil olunub. Hökumət rəsmiləri yubiley mərasiminə ayrılan vəsaitin məbləğini söyləməkdən imtina ediblər. İsveç KİV-ləri tədbirin təşkili üzrə hesabları istəyiblər, amma onları hələ ki, dərc etməyiblər.

Dekabrın 29-da 60 yaşı tamam olan Ulf Kristersson möhtəşəm yubiley tədbirlərinin təşkilinə artıq Milad bayramından öncə başlayıb və ailəsi ilə birlikdə Cənubi Amerikaya yollanıb. Səfərdən əvvəl Baş nazir “Alfonbladet” qəzetinə müsahibəsində deyib: “Ailəmiz səyahət etməyi sevir və heç birimiz Cənubi Amerikada olmadığımız üçün uzun illərdir ki, oraya getmək imkanını müzakirə edirdik. Bu, bacarıqlı həyat yoldaşımın reallığa çevirməyə qərar verdiyi bir xəyal idi və birgə doğum günü hədiyyəsidir. Ümumilikdə, 10 gün İsveçdə olmayacağıq”.

Bu səyahət Liberal partiyasından olan bir neçə siyasətçi tərəfindən kəskin tənqid edilib. Onlar hesab edirdilər ki, dünyadakı şəraiti nəzərə alaraq, indi səyahət üçün uyğun vaxt deyil.

Baş nazir tənqidçilərinə belə cavab verib: “Mən həmişə vəzifəmin başındayam, ona görə də səyahətə getməyim heç nəyi dəyişmir. Bir hadisə baş verərsə, yenidən evə qayıdacağam”.

Tarix: 25-01-2024, 13:20
Baxış sayı: 59







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər