Məzuniyyət pulu necə hesablanır? - Ödənişin çox verildiyi AYLAR - VİDEO


Məzuniyyətə çıxarkən insanları düşündürən məsələlərdən biri də alacaqları ödənişin məbləğidir.


Qanunvericiliyə uyğun hesablansa da, çoxları hesab edirlər ki, bəzi aylarda məzuniyyətə çıxarkən əməkhaqqı digər aylarla müqayisədə daha az və ya çox olur.

Bəs, bu fikir nə dərəcədə doğrudur?


Hüquqşünas Sahib Məmmədov bildirib ki, stabil əməkhaqqı alan şəxslər üçün bu, fərq etmir:


“Yəni həmin şəxslər üçün son ilin orta aylıq əməkhaqqı müəyyən edilir, 12-yə bölünür, sonra 30,4-ə bölünür. Alınan rəqəm günlərin sayına vurularaq işçiyə məzuniyyət pulu kimi verilir”.


Qanunvericiliyə görə, bayram günləri məzuniyyət müddətinə daxil edilmir və bu günlərə görə ödəniş olunmur. Həmçinin bayram günləri olan aylarda iş günlərinin sayı digərləri ilə müqayisədə az olduğundan işçinin həmin aylarda məzuniyyətdə olması əməkhaqqının məbləğinə təsir edir.


Bu baxımdan cəmi 15 iş günü olan mart ayı məzuniyyət üçün əlverişsiz müddət hesab edilir. 2024-cü ildə Qurban bayramı iyun ayına təsadüf etdiyindən həmin ayda da məzuniyyətə çıxmaq maddi cəhətdən sərfəli deyil. 2024-cü ildə ən çox iş günləri iyul, avqust və oktyabrda olduğundan məzuniyyətə bu aylarda çıxmaq daha əlverişlidir.


Digər məqam isə ayın bir hissəsində götürülən məzuniyyət müddətinə daha çox şənbə və bazar günlərinin salınmasıdır. Belə ki, bu zaman ay ərzində işləyəcəyiniz günlərin sayı artdığından alacağınız məbləğ də yüksək olacaq.


Ətraflı Baku TV-nin süjetində:


Tarix: 14-03-2024, 14:57
Baxış sayı: 308







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər