Boşanmaq istəyənlərin 70 faizi qadınlardır - VİDEO


Azərbaycanda boşanmaq istəyənlərin 70 faizi qadınlardır. 

 

Məlumata görə, kimisi zorakılığa məruz qaldığından, kimisi psixososial durumdan, kimisi isə kənar müdaxilələrdən çıxış yolunu boşanmaqda görür.

 

Dövlət   Statistika  Komitəsinin  məlumatına görə bu ilin ilk 3  ayı ərzində 10 min 81 nigah, 5 min 124 boşanma  qeydə  alınıb. 2023-cu ilin eyni  dövründə  isə 11 min 870 nigah, 5 min 118 boşanma olub. Statistik  rəqəmlərə  baxanda  aydın görünür ki, nikahı qeydə alınanların sayı təxminən 15 faiz azalıb. 

 

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş  məsləhətçisi Rafiq Mahmudov “Xəzər Xəbər”ə müsahibəsində qeyd edib ki, boşanmaq istəyən hər 10 nəfərdən 7-si xanımdır. 


Rafiq  Mahmudovun sözlərinə görə, mübahisəli boşanmaların sayı daha çoxdur. Mütəxəssis deyib ki, kənar müdaxilələr anlayışlı boşanmanı mürəkkəbləşdirir.

 

Komitə rəsmisi son illər  şiddətə məruz qalan kişilərin də sayının artmasına diqqət çəkib.

 

Baş məsələhətçi hesab edir ki, hazırda Azərbaycanda psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var. Azərbaycanda ailə psixoloqu məsələsinin institusional səviyyədə həll olunmasının artıq vaxtı çatıb.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 


Tarix: 17-05-2024, 12:29
Baxış sayı: 285







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər