Qobustan xəstəxanasına baş həkim təyin edildi


QobustanXeber.az-ın məlumatına görə, Qobustan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.


Bu vəzifəyə Günay Muradova təyinat alıb.


 

Günay Muradova 1998-2004-cü illərdə Azərbaycan Beynəlxalq Universitetində, 2004-2005-ci illərdə Azərbaycan Tibb Universitetində pediatr ixtisasına yiyələnib.


2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisasında təhsil alır.


2004-2005-ci illərdə Respublika Klinik Uşaq Xəstəxanasında həkim-pediatr kimi işləyib.


2007-2020-ci illərdə 4 saylı Birləşmiş Uşaq Xəstəxanasında, 2015-2019-cu illərdə müxtəlif özəl tibb müəssisələrində həkim-pediatr işləyib. 2020-ci ildən bu təyinatadək TƏBİB-in Tibbi sığorta departamentinin Tibbi göndərişlər şöbəsinin baş məsləhətçi vəzifəsində çalışıb.


Onu da deyək ki, bir neçə gün öncə Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov vəzifəsindən azad edilmişdi. İ.Qurbanov bu gün Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.

Tarix: 4-03-2024, 21:14
Baxış sayı: 426







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər