“Avroviziya 2024” təmsilçimiz müəyyənləşdi


Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində təmsil edəcək ifaçının adı açıqlanıb.  


Bu barədə “Avroviziya”yanın rəsmi saytında məlumat verilib.


Bildirilib ki, yarışmaya bu il iştirakçı kimi Fahree gedəcək.


Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar yeddi və doqquz may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.


Təmsilçimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.


Azərbaycan təmsilçisi birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova iştirakçıları ilə yarışacaq.


Xatırladaq ki, Fəxri İsmayıl 1995-ci ildə Bakıda anadan olub. O, musiqiçi ailəsində böyüyüb.


Babası aktyor, atası caz ifaçısı olub.

Tarix: 7-03-2024, 23:10
Baxış sayı: 334







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər