Bu münasibətləri vaxtında sonlandırmaq lazımdır: "Gələcəkdə daha böyük..." - AÇIQLAMA


Böyük ümidlərlə və saf sevgi ilə başlayan münasibətlər bəzən gözlədiyimiz kimi nəticələnmir. Münasibətlərin zamanla məhvinə doğru getməsinin əsas səbəblərindən biri də toksikləşməyidir.

 

Bəs toksik münasibət nədir? Ondan necə azad ola bilərik?

 

Mövzu ilə bağlı danışan psixoloq Elnur Rüstəmov bildirib ki, toksik münasibət zəhərli münasibət növlərindən biridir.

 

“Bu münasibətdə tərəflər qarşılıqlı olaraq bir-birilərinə ziyan verirlər. Bu tip münasibətlərdə konfliktlərin və mübahisələrin sayı çox olur. Münasibətin 4 əsas ziyanverici əlaməti var ki, onlar hiss edildiyi zaman münasibətə son qoyulmalıdır. Qarşı tərəfin partnyoruna zaman ayırmaması, partnyorunu ikinci plana atması və diqqət göstərməməsi və daha az görməyə meyillik toksik münasibətin əsas əlamətləridir”.


Psixoloq qeyd edib ki, bu tərz münasibətin davam etməsi, zamanla tərəflərin bir-birilərinin şəxsiyyətlərini alçaltması ilə nəticələnir.

 

“Münasibəti bitirməyə meyilli olmayan tərəflər problemin qaynaqlandığı əsas səbəbi tapmalıdırlar. Lakin problem həll edilməyəcək dərəcədə böyükdürsə, münasibəti zamanında sonlandırmaq lazımdır. Ayrılığın ilk zamanları ağrılı keçsə də, bu ayrılıq gələcəkdə daha böyük travma almağın qarşısını alır”.

Tarix: 14-03-2024, 12:54
Baxış sayı: 448







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər