Yeməklə gələn ölüm - Süfrə arxasında bu qaydalara diqqət etmək həyat qurtarır!


Yemək yediyimiz zaman çox diqqətli olmalıyıq, əks halda bu ehtiyatsızlığın bədəlini canımızla ödəmək məcburiyyətində qala bilərik. Ancaq bu barədə hələ də məlumatlı olmayan insanlar var.


Həkim-professor Adil Qeybulla bu barədə ən vacib məqamları açıqlayıb:


“Yemək yeyərkən ani diqqətsizlik boğulma və ölümə səbəb ola bilər. Çünki nəfəs borusuna hər hansı yad bir cismin, o cümlədən qidanın daxil olması çox təhlükəlidir. Bu boğulmaya gətirib çıxarır. Qida ilə səliqəli davranmamaq əsas şərtdir. Yəni yemək yediyimizdə, gülüb, möhkəm danışmaq belə bir riski meydana gətirə bilər. Ona görə də qida qəbulu zaman çox ehtiyatlı davranmaq lazımdır”.


Həkim bildirir ki, bir sıra xəstəliklər zamanı da bu baş verir:


“Bu hallar müxtəlif xəstəliklərdə, məsələn, mədə-qida borusu reflüksündə yarana bilər. Qidanın mədədən nəfəs borusuna atılması ilə həmin hal müşaiət olunur ki, bu da əsasən gecə baş verir. Həmçinin, qırtlaq qapağının parezi zamanı da nəfəs borusuna qida qalıqlarının düşməsi baş verir. Bu hadisə yaşanan zaman daha diqqətli olmaq lazımdır. Nəfəs yollarına yad cisimin, qida qalıqlarının düşməsi çox ciddi hadisədir. Sözügedən durum ölümlə də nəticələnə bilir”.

Tarix: 12-03-2024, 11:11
Baxış sayı: 394







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər