Qonşusu Xuraman Şuşalını polisə şikayət etdi
Müğənni Xuraman Şuşalı pis qonşunun əlindən yeni evə köçdüyünü bildirib.
Müğənni teleproqramlardan birində qonşusunun onu polisə şikayət etdiyini bildirib.
"Əvvəl yaşadığım evdəki qonşum mənim haqqımda dəfələrlə 102-yə şikayət edib. Hətta deyirdi ki, yuxarılara yazacağam, yazırdı da. Bir də görürdüm, polisdən zəng gəlir. Evdə tozsoran işləyəndə və uşaqlar səs salanda, qonşu polisə zəng edirdi. Psixoloji problemi var idi.
Deyirlər ki, qonşun pisdir, köç qurtar. Onun əlindən yeni evə köçdüm. O qadın şər-xəta idi. Satdığım evə köçən insanları da bezdirib", - müğənni bildirib.
Tarix: 13-03-2024, 00:15
Baxış sayı: 408
Digər xəbərlər
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər