Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Təklif edilən dəyişiklik hələ qüvvəyə minməsə də, bir çox vətəndaş sözügedən mövzu barədə məlumatlı olmadığı üçün narahatdır.
Maraqlıdır, çalışanlar üçün bu yeniliyin mənfi və müsbət cəhətləri nə olacaq?
Bununla bağlı iqtisadçı ekspert Emin Qəribli “Yeni Sabah”a açıqlama verib:
“Yeni standart və qaydaların tətbiq edilməsinin səbəbi sırf beynəlxalq təcrübədə həmin metoddan istifadə olunmasıdır. Yeni standartlara keçid üzrə artıq proqramlar qəbul olunur. Burada qeyd olunur ki, əməkhaqqının saatla hesablanması daha məqsədəuyğundur. Beynəlxalq təcrübədə də bu sübut olunub.
Həmin dəyişiklik texniki xarakter daşıyır və maaşların artırılmasından söhbət getmir. Məsələn, hər hansı müəssisə özünə işçi tutur və ona minimum əməkhaqqı üzrə maaş verir. Həmin şəxs ay ərzində 7-8 saat çalışır və ona uyğun məvacib alır. Təsəvvür yaranır ki, işçi ay ərzində yox, saat hesabı işlədiyinə uyğun əməkhaqqı alır. Elə sahələr var ki, orada maaş aylıq formada ödənilir. Ancaq fikir versək, həmin insan bir ay ard-arda işləməsə də, həmin məbləği alır. Bu yenilik üzrə hələ təkmilləşdirmə işləri aparılır”.
E.Qəribli bildirib ki, bu metoddan istifadə kəskin dəyişiklik vəd etmir:
“Standart olaraq 8 saatlıq iş rejimi var və hər kəs buna uyğun məvacib alır. Əlavə iş saatı olanda isə maaş da ona görə tənzimlənir və ödəniş olunur. Bu şəxslər üçün əslində elə də bir dəyişiklik olmayacaq. Ancaq elə şirkətlər də var ki, işçini müqavilədə qeyd olunandan daha çox işə cəlb edir və əlavə pul ödəmir. Bu qərar tətbiq olunsa, həmin şəxslər dəyişikliyi aydın şəkildə görə biləcək və çalışdığı saata uyğun əməkhaqqı alacaqlar”.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər