Dünyanın müsəlman əhalisinin sayı 1973-cü ildə 500 milyon idisə, hazırda bu rəqəm 1,5 milyarda çatır. Qərbli tədqiqatçılar miqrasiya proseslərinin təsiri altında çoxlu sayda avropalının İslamı qəbul etməsi nəticəsində, 50 ildən sonra bu bölgənin İslam dini üçün başlıca mərkəz olacağını proqnozlaşdırırlar.
“Aktual” jurnalının müsahibə aldığı fransalı tədqiqatçı Oliver Royun fikrincə isə, “avropalaşmaq” İslamı liberallaşdıracaqdır.
Fransadakı “Dünyəvilik əldən gedir” kimi çıxışlara səbəb olmuş hicabla bağlı böhran; Aralıq dənizi sahilində yerləşmiş Avropa ölkələrinə Şimali Afrikadan güclü mühacir axını; Almaniya və İngiltərədəki müsəlman icmaları – bütün bunlar avropalıların İslam barəsində “pis-yaxşı”, müəyyən qədər tanışlıq əldə etmələri üçün vasitəyə çevrildi.
Bəziləri uzun illər uzaqdan-uzağa müşahidə etdikləri “müsəlmanlar”ı birdən-birə yanlarında gördükde özlərini əməlli-başlı itirdilər: “soyuq müharibə” zamanı torpaqlatında bir kabus kimi dolaşan “kommunizm bəlası”ndan yenicə xilas olduqları bir vaxtda, bu yeni “kabus” görəsən haradan peyda olmuşdu? Üstəlik, bu “kabus”, yaşadıqları şəhərin düz mərkəzində namaz qılır, küçələrdə imperializm əleyhinə şüarlar çağırır, bayraqlar yellədir, hətta bir qədər də irəli gedərək silah gəzdirir, bomba partladırdı.
Avropalı bu “kabus”u əvvəlcə “dişinə vurdu”. Sonra həmişəki ənənəsinə yğun olaraq onu başa düşməyə və öyənməyə çalışdı; mütəxəssisləri səfərbər etdi. Bu axını bəziləri “Yaradanın qəzəbi”, digərləri “Mədəniyyətlərin toqquşması” adlandırdı. Bir başqası isə, mütləq orta bir yol axtarmağın, humanistləşən dünyada birlikdə, yanaşı yaşayış şərtləri yaratmağın zəruriliyini müdəfiə etməyə başladı. Bunula belə, avropalının: “Axı onlar kimdir? Burada nə axtarırlar?”- kimi sualları qurtarmadı.
Hazırda həmin sualların yenidən və daha uca səslə verildiyinin şahidi oluruq. Çünki demoqrafik hesablamar Avropada müsəlman əhalinin sürətlə artdiğini, dünya miqyasında isə ilk dəfə olaraq müsəlmnların sayca xristianlardan çox olduğunu göstərir.
Farnsanın “Le-Fiqaro Maqazin” jurnalı özünün yanvar sayında bu mövzuya toxunduqdan sonra, indi də “Marian” jurnalı 100-cü sayında “İslamın yüksəlişi”ni təhlil etdi. Jurnaldakı həmin yazı “öz ölkəsini xristianlığın qalası hesab edən Fil Dişi Sahili Respublikasının sabiq prezidentinin bir gün ayılıb burada İslamın birinci din olduğunu görməsindən xəcalət çəkdiyini” bildirməklə başlayır.
MÜSƏLMANLARIN SAYI SON 25 İLDƏ 3 DƏFƏ ARTDI…
Fil Dişi Sahili Respublikası prezidentinin inşa etdirdiyi nəhəng kafedral kilsənin görkəmi də İslamın sürətli artımının qarşısını ala bilmədi. Paytaxt şəhəri Abicanda tikilən məscidin inşası hələ başa çatmamış, ora namaz qılmağa gələn müsəlmanların sayı kilsəyə ibadətə gələnlərin sayını ötüb keçdi. Həm də Fil Dişi Sahili Respublikası bu sahədə istisna təşkil etmir. Hətta Seneqal, Mali, Niger kimi ənənəvi olaraq qədim müsəlman məmləkətləri hesab edilən ölkələr nəzərə alınmazsa belə, Qərbi Afrikanın bütün başqa ölkələrində Quranın nüfuzu gün-gündən artır. Hətta 65 milyon nəfər əhalisi olan Nigeriyada şəriət üsul-idarəsinə keçməyin yolları araşdırılır. Afrikada radikal İslamın qalası hesab olunan Sudan barəsində isə danışmaq yersizdir.
Qərbi Afrika müsəlmanların sayı nöqteyi-nəzərindən demək olar ki, artıq “hazırdır”. İndi növbədə başqa ölkələr durur. Yerli ənənəvi (təbii) dinlərə inananlar gündən-günə azalaraq yox olur; xristianlar isə baş verənləri analaya bilməyərək çaşqınlıq içində qalmışlar. Öz növbəsində, Səudiyyə ərəbistanı neft satışından əldə etdiyi dollarlar və ezam etdiyi din mübəlliğləri vasitəsilə Aşağı Səhra bölgəsini tədricən bütünlüklə öz nəzarəti altına almaqdadır. Xristian dünyasının fikrincə, Afrika qitəsindəki artım zəncirvari prosesin yalnız bir halqasını təşkil edir. İslam Yer kürəsinin dörd tərəfində ağlasığmaz bir sürətlə yayılmaqdadır. Afrikadan ayrlıb nəzələri qitələrə yönəltsək də, ciddi fərqə səbəb olacaq heç bir şey görmərik.
Son 25 ildə müsəlmanların sayı düz 3 dəfə artaraq, tarixdə ilk dəfə xristianları sayca geridə qoydu. 1973-cü ildə müsəlmanların sayı 500 milyon idisə, bu gün bu rəqəm 1,5 milyarda yaxınlaşmaqdadır. Başqa sözlə, Yer kürəsinin hər dörd nəfər sakinindən biri müsəlmandır. Bu elə başgicəlləndirici bir inkşafdır ki, təkcə onun sürəti tərəddüddlü şəxsləri öz təsiri altına alaraq, onların İslamı qəbul etməsinə səbəb olur.
İSLAM ÜMUMDÜNYA İDEOLOGİYASINA ÇEVRİLİR
Müsəlmanların sayının durmadan artmasına baxmayaraq, hələ əsil mənada yekdil, bütöv bir ümmətdən danışmaq mümkün deyildir. Bir tərəfdə radikal İslamın hakim olduğu əfqanıstan, əlcəzair kimi ölkələr, digər tərəfdə Afrikanın yoxsul ölkələri ilə neft milyarderi olan monarxiyalar arasındakı dərin iqtisadi uçurum, öz daxilində güclü bir geosiyasi potensial gizlətmiş İran, İraq, ərəbistan kimi ölkələr, feodal tayfalar krossvorduna çevrilmiş Pakistan, milliyyətçi ittihamların ağır təzyiqi altında qalan Fələstin, Bosniya və nəhayət, bu günlərdə üstünə NATO bombaları yağdırılan Kosovo…
Amma nəticə eynidir: öz daxilində ziddiyyətlər olsa da, birləşsə də, parçalansa da, yenə daxili imkanlarını səfərbər edərək vahid qüvvəyə çevrilən İslam, tarixin təkərini hərəkətə gətirərək bütün dünyanı bürüyən bir ideologiyaya çevrilməkdədir. İslamın sürətlə yayıldığı ölkələrə, yaxud bölgələrə nəzər saldıqda çox aydın sezilən ictimai bənzərliklər müşahidə etmək olar. Quranın çağırışına qulaq asmağın başlıca səbələri ya yoxsulluq, ya da təklikdirпїЅ Kimisi Afrikanın ucsuz-bucaqsız səhralarından durub Abicana gəlmiş, kimisi Anadolunun ucqar kəndindən köçüb daşı-torpağı qızıl İstanbulda məskunlaşmış, yurdundan, valideynlərindən ayrılmşdır.
Hətta bəziləri – Almaniyadakı misirlilər, əlcəzairlilər kimi – öz ölkəsini, yaşadığı qitəni tərk etmişlər. Qısaca desək, “modernləşmiş” (“müasir”) bir insan olmuşlar, ənənələri, dilləri, tarixi-coğrafi bağlılıqları dağıdan modernizmin bərabər üzvünə çevrilmişlər. Belə bir şəraitdə İslam bütün bu insanları əhatə edərək onlara mənəvi dayaq, əmin-amanlıq, sığınacaq vəd edən, hətta bir gün intiqam alacaqlarına zəmanət verən bir inanc sistemi kimi səhnədə görünməkdədir. Bu mənada, ömrünün 20 ilini Afrikadakı köçəri qəbilələr arasında keçirmiş coğrafiyaşünas Paul Pelisserin proqnozları diqqətə layiqdir: “Bu müdhiş müracçət xaosunda İslam öox mühüm rol oynayır. Müsəlmansınızsa, demək tənha deyilsiniz, getməyə yeriniz var. Hər hansı bir müridin aclıqdan ölməsi mümkün deyildir. Çünki cəmiyyət onu qoruyur, qayğısına qalır. İslam dininin Afrikadakı böyük müvəffəqiyyətinin sirri, köçəri tayfaların nəhəng bir ümmətə mənsub olması ıdeyasını onlara aşılamasındadır”.
Bu artımı şərtləndirən başqa bir amil doğum faizidir. Sosioloq Jan Pol Çarneyin apardığı demokrafik tədqiqatlar bunu düşünməyə əsas verir ki, təkcə ərəb ölkələrində müsəlman əhalinin sayı 2025-ci ilə kimi 2 dəfə artacaqdır. Anti-imperialist çıxışlardan Qərb əleyhinə çıxışlara keçid, İslamın müvəffəqiyyət qazandığı ölkələrdə diqqəti cəlb edən bir xüsusiyyət kimi bir-birinə zidd iki qütbü eyni mərkəz ətrafında birləşdirə bilər.
Bir tərəfdən ümmət anlayışı çərçivəsində hər cür millətçiliyi inkar edən ideyaların ardınca gedilir, digər tərəfdən isə bəzi ölkələrdə Quran əldə rəhbər tutularaq tamam əks tərzdə ayrı-seçkiliklərə yol açılır. Başqa sahələrdə də ziddiyyətlər özünü büruzə verməkdədir: Həm dünyanın dörd tərəfindəki bütün möminlər bir-birinin qardaşı elan edilir, həm də qonşuluqdakı bəzi mədəni dəyərlər, tarixi hadisələr qadağan olunaraq lənətlənir. Lakin siyasi planda İslamın ən əhəmiyyətli zəfəri-keçmişdəki anti-imperialist çıxışları bir növ anti-Qərb ruhlu çıxışlara çevrməsidir.
Bu siyasət həm Afrikadakı zənci müsəlman uşaqları arasında eyni dərəcədə uğurla yayılmaqdadır. Bununla da, həmin insanların daxilindəki etiraz duyğularını bir növ sadə qiyamçılığa çevirmək imkanı əldə edilmiş olur.
AVROPA İSLAMIN QƏRARGAHINA ÇEVRİLƏCƏK
İtaliyanın Paduya Universitetində işləyən Stefano Alyevi 15 nəfərlik müsəlman mühacir axınına, dinini dəyişmiş yüz minlərlə avropalının mövcudluğuna diqqəti cəlb edərək “Müsəlmanların əlində Avropanın mühüm geosiyasi karta çevriləcəyi” proqnozunu verir. “İslamı qəbul edənlər: “Avropada İslam” adlı kitabını yenicə bitirmiş tədqiqatçı, Avropanın müsəlmanlar tərəfindən uzun müddət boyunca bir əyalət hesab edildiyini, lakin daxili inkişaflar üzndən həmin bölgənin mühüm İslam mərkəzlərindən birinə çevrildiyini vurğulayır. Onun fikrincə, avropalılar bu inkişafdan hələ lazımınca xəbərdar deyillər. Avropadakı İslam mərkəzlərindən birinin başçısı tərəfindən yarızarafat-yarıgerçək tərzdə deyilmiş aşğıdakı sözlər Avropa xristianlarını dəhşətə salır: “50 il ərzində Avropa ya islamlaşacaq, ya da çox geniş miqyasda İslamın təsiri altına düşəcək. Həm də bu artım III dünya ölkələrindən gələn mühacirlərin sayəsində deyil, kommunizmin iflası və kapitalizmin daxili tənəzzülü müqabilində İslamın alternativ bir dünyagörüşü kimi qəbul edilməsi yoluyla həyata kecəcəkdir”.
İSLAM TƏDQİQATÇISI OLİVER ROY “AKTUAL”IN SUALLARINA CAVAB VERİR: “AVROPA İSLAMI YARANACAQ”
Artıq İslam dünyada ən çox ardıcılı olan dinə çevrilib. Bu inkişafı nə ilə izah edirsiniz? Bu cür dini inkişafı təmin edən iki amil mövcuddur: əhali artımı və yeni dinə keçmə. İslam dünyasında çox sürətli əhali artımı başlayacağı ehtimalı doğrudur, lakin bu artım tədricən öz-özünə səngiyəcək. Öz dinini dəyişmə məsələsinə gəldikdə, bu sahədə ən əhəmiyyətli inkişaf təkcə Afrika qitəsində baş verdi. İslamın sürətli inkişafına Qərb mətbuatının “İslam təhlükəsi yaxınlaşmaqdadır” kimi ənənəvi tezislərindən uzaq halda baxmaq lazımdır. Çünki bu say artımı müsəlman kütlələrin özəyində gedən inkişafla əlaqəli deyildir. Bu prosesin mahiyyətcə inkişafdan daha çox, bir say artımı olduğunu söyləmək istəyirsiniz? Bəli, tam yəqinliklə. Eyni zamanda, İslamın daha çox müsəlman ölkələrində nəzərə çarpacaq hal aldığını da bura əlavə etmək lazımdır. Müsəlmanların sayca çoxalması, radikal İslamın təsirinin getdikcə gücləndiyi dövrlə üst-üstə düşür.
İslamın bu vəziyyətə düşməsinin əsas səbəbi, şübhəsiz ki, radikal İslamdır. Lakin məncə, radikal İslamın təsirinin getdikcə zəiflədiyi mərhələyə yaxınlaşırıq – ən azı yayılmasının qəti surətdə qarşısı alınacaq bir mərhələyə. Bu cür passivləşmənin səbəbi nədir? əsas səbəblərdən biri, siyasi İslamın öz layihələrini həyata keçirməkdə müvəffəqiyyətsizliyə uğramasıdır. Buna İran İslam İnqilabını misal göstərə bilərik. Bir başqa səbəb isə Böyük İslam hərəkatlarının (“Rifah Partiyası” timsalında göründüyü kimi) öz strategiyasını dəyişərək, parlamentar və leqal platformalarda fəaliyyət göstərməsidir. Bu inkişaf islami hərəkatların müstəqilliyini, qiyamçılığını “rəndələyərək” onları “normal”lar cərgəsinə çıxarır.
Radikal İslamın zəifləməsinin bir səbəbi də İslam daxilindəki mövcud ziddiyyətlər ola bilərmi? Aydındır ki, bu gün böyük müsəlman ölkələrindəki İslam hərəkatları əsasən milliyyətçi hərəkatlardır, məsələn, Kosovo və Bosniyada olduğu kimi. Hamı Bosniyada radikal İslamın güclənəcəyindən qorxurdu; ortaya Bosniya millətçiliyi çıxdı. Həmin şeyi Fələstin barəsində də söyləmək olar. Təbii ki, Türkiyə və İran da bu ölkələr cərgəsinə aid edilə bilər. Bir daha təkrar etmək istəyirəm: İslam ölkələrində mövcud olan bu hərəkatlar nə dini, nə də siyasi mənada İslam hərəkatı deyildir; bunlar milliyyətçi hərəkatlardır.
Avropadakı müsəlman əhalisi ilə onu əhatə etmiş cəmiyyətin qarşılıqlı təsir göstərmə prosesində bir növ Avropa İslamının yaranacağı ehtimalı haqqında nə fikirləşirsiniz? Əlbəttə, belə bir hadisə baş verəcək. Bu istiqamətdə meyllər mövcuddur. Avropada yaşayan müsəlmanlar bir növ liberal Avropa İslamına doğru irəliləyirlər. Bu, daxili istəkdir. əlbəttə, burada söhbət müsəlmanlardan gedir.
Digər tərəfdən, hər hansı kiçik qrupun bir növ neo-fundamentalizm yaradacığını, İslam qaydalarına ciddi icra edən, özünü yalnız İslam atributları ilə tanıdan bir hərəkatın əmələ gələcəyini də istisna etmirəm. Çünki Avropa müsəlmanlarının, Avropa ölkələri vətəndaşlığını yenicə qəbul etdikləri zaman, müsəlman ölkələrində olduğu kimi milliyyətçi hərəkat yaradacaqlarını düşünmək gülünc olardı. Yəni “Rifah” kimi milliyyətçi, yəni sanballı bir partiyaya bənzər partiyanın Avropada ictimaiyyətin fəal ünsürü kimi çıxış edə biləcəyi mümkün deyil. Haqqında danışdığımız Avropa tipli Liberal İslam özündən bir islahatçı hərəkat da doğura bilərmi? Bəlkə də. Çünki həmin sahəyə diqqət yetirən, tədqiq edənlərin sayı gündən-günə artmaqdadır. Məsələn, Strasburq Protestant fakultəsində ilahiyyat şöbəsi yaradılır; başqa bir layihəyə görə Parisdə Şərq Dilləri İnstıtutu bazasında bir İslamşünaslıq şöbəsi yaradılması nəzərdə tutulur.
Mənbə: https://islam.az
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər