Azərbaycan I Liqasında çempion bu gün müəyyənləşə BİLƏR


Bu gün futbol üzrə Azərbaycan I Liqasında cari mövsümün çempionu müəyyənləşə bilər.

 

XXVI turun son iki matçı bu gün baş tutacaq.

 

“Qaradağ Lökbatan” klubu evdə Şamaxının eyniadlı təmsilçisini qəbul edəcək. Digər görüşdə “İmişli” səfərdə “Araz Saatlı”nın qonağı olacaq. Hər iki oyun saat 17.00-da başlayacaq.

 

Çempionluq şansları daha çox olan lökbatanlılar “Şamaxı”nı məğlub edəcəkləri təqdirdə cari mövsümün qalibi adını qazanacaq.

 

Qeyd edək ki, hazırda “Qaradağ Lökbatan” 53 xalla turnir cədvəlinə başçılıq edir. “Şamaxı” 51 xalla ikinci, “İmişli” isə 47 xalla üçüncüdür.

Tarix: 16-05-2024, 11:54
Baxış sayı: 215







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər