Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI


Lerikdə dağda baş verən uçqun nəticəsində qaya parçaları yolu bağlayıb.

 

Hadisə Lerik rayonunun Çayrud kəndində olub.

 

Belə ki, dağdan qopan qaya parçaları rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən kəndin yolunu bağlayıb.


Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun bildirdiyinə görə, hazırda əraziyə ağır texnikalar cəlb olunub, yolun açılması istiqamətində işlər görülür.

 

Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.

Tarix: 17-05-2024, 19:04
Baxış sayı: 218







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər