“Qarabağ” məğlub oldu
Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyunlar keçirilib.
"Sumqayıt" doğma meydanda lider "Qarabağ"ı qəbul edib. Mehdi Hüseynzadə adına şəhər stadionunda oynanılan görüş sumqayıtlıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın yeganə qoluna 70-ci dəqiqədə Roi Kehat imza atıb.
Bu nəticədən sonra meydan sahibləri turnir cədvəlində 50 xalla ikinci pilləyə yüksəlib.
Günün digər oyunlarında isə "Neftçi" "Turan Tovuz"u 3:0 , "Kəpəz" "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib.
Turun açılış oyununda ötən gün "Sabah" "Səbail"i məğlub edib - 2:0.
Qeyd edək ki, tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq.
Tarix: 29-04-2024, 00:21
Baxış sayı: 306
Digər xəbərlər
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər