Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ! - Sizi bu yolla aldadırlar


“Etibarnamə yolu ilə əmlak almayın”.

 

Bunuəmlak məsələləri üzrə ekspert Elnur Fərzliyev deyib. Onun sözlərinə görə, bu sahədə böyük bir kriminal dəstə var:

 

“Bunlar Azərbaycan vətəndaşlığı olmayan azərbaycanlılardır. Əmlakı müqavilə yolu ilə kirayə götürürlər, bir bəhanə ilə çıxarışın və sahibinin şəxsiyyət vəsiqəsinin surətini alırlar. Daha sonra əmlak sahibinin xəbəri olmadan onun adından Rusiyanın müxtəlif şəhərlərində notarial qaydada həmin əmlakı satmaq üçün başqa bir adamın adına etibarnamə verirlər. Əmlak sahibinin xəbəri olmadan o əmlakı bir başqasına satırlar”.

 

Ekspert bildirib ki, sözügedən dələduzlar qurbanları əvvəlcədən araşdırıb sonra seçirlər:

 

“Daha çox subay, dul, bağışlanma yolu ilə əldə olunmuş əmlak sahiblərinə qarşı bu cür dələduzluq halları olur. Xüsusən də qeydiyyatda heç kim olmayan əmlakları kirayə götürürlər. Əsasən qeyri-yaşayış obyektləri və yeni tikili binalardakı mənzillər seçilir. Ona görə də ehtiyatlı olmaq lazımdır. Bu cür kriminal yol ilə satılan əmlakları alan şəxslər məhkəmənin çıxaracağı yekun qərara qədər aldıqları əmlaklara sahiblənə bilməyəcəklər”.

Tarix: 18-05-2024, 10:39
Baxış sayı: 220







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər