“Müsəlman dünyasının birliyini pozan təfriqəçilik və ayrı-seçkilik olub”


"Tarix boyu müsəlman dünyasına ən çox zərər vuran, onları inkişafdan geri qoyan, birliyini pozan təfriqəçilik və ayrı-seçkilik olub. Uzun illərdir Azərbaycanda da ayrı-ayrı məzhəblər və təriqətlər tərəfindən bu cür təbliğatlar aparılıb. Allah-Taala Quranda müsəlmanları birliyə və həmrəyliyə dəvət etdiyi halda bu insanlar Allahın kəlamına qarşı çıxıb müsəlmanların birlik və həmrəyliyini pozublar". 


Bu sözləri Milli Məclisin deputatı, ilahiyyatçı-alim Ceyhun Məmmədov deyib. Deputat müsəlmanları bu kimi pis əməllərdən uzaq olmağa səsləyib: 


"Müsəlmanlar arasında bölücülük edən, təfriqə salanlar ən böyük günah işlədənlərdir. Qurani-Kərimdə Allah-Taala buyurur: “Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz.” (Ali-İmran, 103).


Dəyərli müsəlman bacı və qardaşlarım! Bizdən o dünyada məzhəbimiz, təriqətimiz yox, dinimiz barədə soruşulacaq. Çalışaq, insanları deyil, öz əməllərimizi təftiş edək, insanlara dil uzatmağa son qoyaq. 


Gücümüzü bir yerə qoyaraq cəmiyyətdə həqiqi islam dəyərlərini təbliğ edək, mövhumat və xurafata qarşı mübarizə aparaq. Bir-birimizi didməklə, didişməklə biz heç nəyə nail ola bilməyəcəyik. Bölücülər və təfriqəçilər də bilsinlər ki, onlar Allahın əmrinə qarşı çıxırlar, onları o dünyada ən ağır əzab və hesab gözləyir. 


Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı, Prezidentimizi, birlik və həmrəyliyimizi qorusun, bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin! " 

Tarix: 4-04-2024, 14:16
Baxış sayı: 358







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər