Doktoranturaya sənəd verənlər iyul çağırışından azad olunacaqlarmı? - AÇIQLAMA


15 mayda ali təhsilin doktorantura pilləsinə qəbul olmaq üçün sənəd qəbulu başa çatıb.

 

Bunu təhsil eksperti Kamran Əsədov bildirib. Ekspertin sözlərinə görə, ingilis dili imtahanı isə 9 iyundadır:

 

“Cavabların ən tez 3 həftəyə çıxması gözlənilir. Çünki imtahan 2 hissədən ibarətdir. Qrammatika, danışıq və yazı bacarıqların yoxlanılması. Qüvvədə olan qanunvericiliyə və Hərbi xidmət haqqında qanuna görə, xarici dil imtahanı nəticəsi ilə bağlı sənəd təqdim edənlər həmən çağırış üçün möhlət hüququna malikdirlər. Amma bu dəfə imtahan nəticəsi gecikəcək”.

 

Kamran Əsədov qeyd edib ki, bununla bağlı çevik müvəqqəti qaydalar müəyyən edilməlidir.

 

“Portal.edu.az saytında doktorantura pilləsinə qəbul ilə bağlı elektron ərizəni və DİM-dən xarici dil imtahanına buraxılış sənədini çap edib komissarlığa təqdim etmək üçün müvəqqəti olaraq möhlət hüququ tətbiq edilməlidir. 15 maya qədər doktoranturaya qəbul olunmaq üçün elektron ərizə vermiş və müraciətləri müəssisələr tərəfindən təsdiq edilmiş şəxslərə iyun ayında hərbi xidmətdən möhlət hüququ verilməsi vacib şərtlərdən biridir”.

Tarix: 16-05-2024, 13:43
Baxış sayı: 250







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər