Azərbaycanda “TikTok” bağlanacaq? - RƏSMİ AÇIQLAMA


ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin mümkün qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib.


Azərbaycanda da “TikTok” platformasının fəaliyyətindən narazılıqlar var.


ABŞ-də sözügedən platformanın istifadəsinə qoyulan qadağa müzakirələrə səbəb olub.


Bəs Azərbaycanda “TikTok” platformasının fəaliyyəti dayandırıla bilərmi?


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq.


ETX-dən bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı dövlət səviyyəsində hələlik heç bir qərar qəbul edilməyib.


Qeyd edək ki, ABŞ-də sözügedən təşəbbüsün məqsədi platformanın Çin tərəfindən idarə olunan istənilən qurum, o cümlədən hazırda “TikTok”a sahib olan “ByteDance” şirkəti ilə əlaqələrini kəsməkdir.

Tarix: 15-03-2024, 21:50
Baxış sayı: 304







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər