Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” və “RİA Novosti” telekanalına verdiyi müsahibədə Moskvanın Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib.
O həmçinin Qərblə dürüst müqavilənin mümkünlüyündən danışıb və Moskva üçün zəmanətin nə olduğunu açıqlayıb.
Dövlət başçısı Rusiyanın danışıqlara hazır olması ilə bağlı sualı cavablandırarkən deyib ki, danışıqlar psixotrop dərmanların istifadəsindən sonra olan istəklərə əsaslanmamalıdır:
“Biz danışıqlara hazırıqmı? Bəli, biz hazırıq, ancaq psixotrop dərmanların istifadəsindən sonra hansısa istəklərə əsaslanmayan, necə deyərlər, yer üzündə formalaşmış reallıqlara əsaslanan danışıqlara hazırıq”, - Putin bildirib.
O qeyd edib ki, Qərblə razılaşma məsələsində Rusiyanın ona uyğun gələn yazılı təminatlara ehtiyacı var.
“Bunu demək istəmirəm, amma heç kimə inanmıram. Bizə zəmanət lazımdır”, - Putin bildirib.
Prezident vurğulayıb ki, o hər kəsin etibar edə biləcəyi söhbətləri deyil, faktları rəhbər tutur və boş vədlərlə anlaşmayacaq.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər