İnsan beyninin kiçik bir parçası əvvəllər görülməmiş şəkildə daha ətraflı şəkildə yenidən araşdırılıb.
Alimlər bu kiçik nümunədə 57 min hüceyrə və 150 milyon sinir əlaqəsi aşkar ediblər.
Harvard Universitetinin tədqiqatçıları Google mütəxəssisləri ilə birlikdə insanın temporal korteksindəki hər bir hüceyrənin və neyron əlaqə şəbəkəsinin üçölçülü xəritəsini, təxminən bir düyü taxılının yarısı böyüklüyündə yaradıblar.
“Science” jurnalında edilən araşdırmanı aparan alimlər epilepsiya əməliyyatı keçirmiş 45 yaşlı qadından 1 kub millimetr sağlam toxuma çıxarıblar. Tədqiqatçılar bunu bir saç telindən min dəfə incə parçalara ayırıblar və daha sonra beyin quruluşunu millimetrin mində birinə qədər təfərrüatı ilə araşdırmaq üçün elektron mikroskopla bu parçaların şəkillərini çəkiblər.
Daha sonra Google-dan süni intellekt alqoritmi ayrı-ayrı dilimlərdə neyronların və digər hüceyrələrin yollarını izləyərək xəritəni yarasıb. İnsan beyninin bir kub millimetrlik bu kiçik parçasında 57 min hüceyrə, 150 milyon sinir əlaqəsi və 23 santimetr qan damarı olduğu müşahidə edilib. Burada məlumatların ölçüsü 1400 terabaytdır.
Harvard Universitetində komandaya rəhbərlik edən Jeff Lichtman bir terabaytın əksər insanlar üçün nəhəng göründüyünü, lakin insan beyninin bir parçası, insan beyninin sadəcə kiçik, kiçik bir hissəsinin minlərlə terabayt olduğunu deyib.
Alimlər xəritədə piramidal neyronların maraqlı simmetriyaya malik olduğunu da müşahidə ediblər. Böyük qolları olan bu neyronların bəziləri irəli, bəziləri isə arxaya baxıb.
Bundan əlavə, beyin hüceyrələri arasında siqnal daşıyan bəzi aksonların böyük spirallar əmələ gətirdiyi müşahidə edilmişdir. Epilepsiya xəstəsindən nümunə götürən tədqiqatçılar bu qəribə vəziyyətin patoloji olub olmadığına əmin deyillər.
Alimlər ümid edirlər ki, xəritədə neyronlar arasındakı əlaqənin aşkarlanması yaxşı öyrənilmiş davranışların arxasındakı mexanizmə işıq salacaq.
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər