Ölkə ərazisində yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA


Son günlər yağan yağışlar bir çox çaylarda sululuğun artmasına, bəzi bölgələrdən sel keçməsinə səbəb olub. 


Hava şəraitinin kəskin dəyişməsi və hansı çaylardan sel keçməsi ilə bağlı Milli Hidrometeorologiya Xidmətinə sorğu ünvanladıq.


Oxu.Az-ın sorğusunu Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova cavablandırıb.


G.Məmmədova bildirib ki, bir neçə gündür ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunmasının səbəbi şimaldan hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır.


“Bölgələrimizdə şimşək çaxıb, arabir yağış yağıb. Bəzi yerlərdə yağıntılar leysan xarakterli  və intensiv olub. Şahdağda isə qar yağıb.


Yağan intensiv yağış nəticəsində respublikanın çaylarında sululuq artıb. Belə ki, Girdimançay (İsmayıllı), Kürmükçay (Qax), Dəmiraparançay( Qəbələ), Balakənçay (Balakən) çaylarından qısamüddətli sel keçib”, - deyə G.Məmmədova bildirib.


O qeyd edib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti mayın 17-si axşamadək fasilələrlə davam edəcək.


Oxu.az sorğunu həm də Fövqəladə Hallar Nazirliyinə (FHN) ünvanlayıb.


Nazirliyin Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, ötən gün axşam baş verən sel hadisəsi ilə bağlı FHN-ə hər hansı müraciət daxil olmayıb.


Tarix: 14-05-2024, 10:46
Baxış sayı: 197







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər