Çində yaşayış binasında baş verən yanğında azı 25 nəfər öldü

Çinin şərqindəki Ciansi vilayətində yaşayış binasında baş verən yanğında ən azı 25 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Todaynews.az vilayətin hakimiyyət orqanlarının açıqlamasına istinadla xəbər verir ki, yanğın Sinyu şəhərində yerli vaxtla saat 15:24-də binanın zirzəmi qatındakı mağazada başlayıb. Hadisə yerinə yanğınsöndürənlər, xilasedcicilər, polislər cəlb olunub.

Son məlumata görə, yanğın nəticəsində 25 nəfər ölüb, xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Hazırda hadisə yerində axtarış işləri aparılır.

Tarix: 24-01-2024, 13:30
Baxış sayı: 64







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər