Zaqatalada zəhərlənənlərin VƏZİYYƏTİ NECƏDİR? - VİDEO


Zaqatalada 2 qohum pomidor turşusundan zəhərlənib.

 

Hadisə rayonun Yuxarı Tala kəndində baş verib. 25 yaşlı Mollahacı Ramazanov ötən gün zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı Mollahacı Ramazanovun pomidor turşusundan zəhərləndiyi məlum olub, vəziyyəti ağır olduğu üçün Bakıya, Respublika Toksikologiya Mərkəzinə göndərilib.

 

Bu gün isə 61 yaşlı Murad Ramazanov eyni əlamətlərlə xəstəxanaya müraciət edib. Onun da ötən gün qohumu Mollahacı Ramazanovla eyni məclisdə pomidor turşusundan zəhərləndiyi məlum olub. Xəstə öncə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra o da paytaxta, Toksikologiya Mərkəzinə təxliyə edilib.

 

Xəstə yaxınlarının məlumatına görə, ümumilikdə pomidor turşusundan 8 nəfər yeyib, digər 6 nəfərin vəziyyətləri yaxşıdır.

 

Ailənin digər üzvləri də tibb müəssisəsində yoxlamadan kiçib.

 

Hadisənin həqiqətən də qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 


Tarix: 15-04-2024, 23:39
Baxış sayı: 137







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər