Avropa Liqası: “Qarabağ”ın 1/8 final mərhələsində rəqibi BİLİNDİ


Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. 


Xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində baş tutub. 


Püşkatma zamanı Ağdamın “Qarabağ” klubunun da rəqibi müəyyənləşib. 


Belə ki, ağdamlılar bu mərhələdə “Bayer 04” (Almaniya) klubu ilə qarşılaşacaq.


Qeyd edək ki, “köhlən atlar” ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını martın 14-də səfərdə keçirəcək.


Xatırladaq ki, “Qarabağ” klubu artıq bu mövsümdə “Bayer 04” ilə iki dəfə görüşüb. Qrup mərhələsində oktyabrın 26-da Leverkuzendə baş tutan qarşılaşmada ağdamlılar 1:5, noyabrın 11-də Bakıda keçirilən oyunda isə 0:1 hesabı ilə məğlub olublar.


“Sparta” (Çexiya) - “Liverpul” (İngiltərə)

“Marsel” (Fransa) - “Vilyarreal” (İspaniya)

“Roma” (İtaliya) - “Brayton” (İngiltərə)

“Benfika” (Portuqaliya) - “Reyncers” (Şotlandiya)

“Frayburq” (Almaniya) - “Vest Hem” (İngiltərə)

“Sportinq” (Portuqaliya) - “Atalanta” (İtaliya)

“Milan” (İtaliya) - “Slaviya” (Çexiya)

“Qarabağ” (Azərbaycan) - “Bayer 04” (Almaniya)



Tarix: 23-02-2024, 15:12
Baxış sayı: 75







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər