ABŞ Ermənistanda daha bir hərbi-bioloji laboratoriya yaradacaq

ABŞ Ermənistanda daha bir hərbi-bioloji laboratoriya yaratmaq niyyətindədir. Beləliklə, Birləşmiş Ştatların Ermənistandakı hərbi-bioloji laboratoriyalarının sayı 13-ə çatacaq.

Todaynews.az xəbər verir ki, bununla əlaqədar olaraq Ermənistan ilə ABŞ-ın Müdafiə nazirlikləri arasında müqavilə imzalanıb.

Ermənistan mətbuatının yazdığına görə, həmin laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək.

Yerli mütəxəssislər bunu narahatlıqla qarşılayıblar. Onların fikrincə, hərbi-bioloji laboratoriyalarda müxtəlif patogen vasitələrdən istifadə olunduğuna görə, xüsusilə yaxınlıqdakı məktəblərdə işləyən və oxuyanların sağlamlığı üçün təhlükə yarana bilər.

Rəsmi Moskva da bu laboratoriyalara qarşı çıxış edib. Bildirilir ki, həmin obyektlər bütün dünya üçün ən təhlükəli virusların saxlanılması üçün anbar rolunu oynaya bilər. Rusiyanın etirazı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində müzakirə olunur.

Qeyd edək ki, ABŞ-ın belə laboratoriyaları Ermənistanla yanaşı, Qazaxıstanda və Gürcüstanda da var.

Tarix: 25-01-2024, 13:18
Baxış sayı: 58







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər