VACİB! Rusiya qoşunlarına ƏMR VERİLDİ – Mayın 9-dək…


Rusiya qoşunlarına mayın 9-dək Donetsk vilayətinin Çasov Yar şəhərini tutmaq əmri verilib.


Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Telegram” səhifəsində yazıb.


O, Ukrayna Silahlı Qüvvələrinin düşmənin irəliləməsinin qarşısını almaq üçün bu istiqamətdə müdafiəni gücləndirdiyini qeyd edib.


Aleksandr Sırski əlavə edib ki, düşmən Severski Donets – Donbass kanalına çatmaq üçün Baxmutun qərbində müdafiəni yarmağa çalışır. Çasov Yar şəhərinin tutulması Rusiyanın Kramatorsk aqlomerasiyasına doğru daha da irəliləməsinə şərait yaradacaq.


Sırskinin sözlərinə görə, bu istiqamətdə Ukrayna qoşunlarının müdafiəsini gücləndirmək üçün xeyli tədbirlər həyata keçirilib. Belə ki, briqadalar döyüş sursatı, pilotsuz uçuş aparatları, elektron döyüş texnikası ilə tam təmin edilib.

Tarix: 14-04-2024, 20:53
Baxış sayı: 145







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər