İbrahim Tatlısesdən seçkilərlə bağlı AÇIQLAMA: "Uduzdum, amma..."


Türkiyənin "imperator" ləqəbli məşhur müğənnisi İbrahim Tatlıses Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri açıqlandıqdan sonra evlənəcəyini açıqlayıb.

 

O, bu barədə instaqram hesabında paylaşım edib:

 

“Seçkidə uduzdum, amma evlənirəm. Subaylara salam olsun”.

 

72 yaşlı müğənninin kiminlə və nə vaxt evlənəcəyi hələlik məlum deyil.

 

Qeyd edək ki, İbrahim Tatlısəs ilk dəfə Adalet Tatlısəslə evlənib və Ahmet, Gülden və Gülşen adlı 3 uşaqları olub. Tatlısəs daha sonra Perihan Savaşla ailə həyatı qurub və Mələk Zübeyde adlı bir qızı dünyaya gəlib. Məşhur müğənni 3-cü Derya Tuna ilə ailə həyatı qurub. Tuna və Tatlısəsin evliliyindən İdo adlı oğlu olub.

 

İmperator 2011-ci ildə Ayşegül Yıldızla ailə qurub və Elif Ada adlı bir qız övladı dünyaya gəlib. 1990-cı illərdə müğənninin Işıl Çıtakdan Dilan adlı qızı olub.

Tarix: 1-04-2024, 17:04
Baxış sayı: 170







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər