Ramazan ayının iyirmi ikinci gününün imsak, iftar və namaz vaxtları


Sabah Ramazan ayının iyirmi ikinci günüdür.


Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 1-də imsak vaxtı saat 04:56-da, iftar vaxtı isə 19:20-dədir.


Aprelin 1-i üçün namaz vaxtları:


Sübh azanı 05:01
Zöhr azanı 12:44
Əsr azanı 17:14
Məğrib azanı 19:20
İşa azanı 20:22


İyirimi ikinci günün imsak vaxtı üçün duanı təqdim edirik:


“Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin!”


Tərcüməsi: 


“İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!”


İftar duası:


“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”


Tərcüməsi: 


“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”


Allah orucunuzu qəbul eləsin!

Tarix: 31-03-2024, 23:43
Baxış sayı: 142







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən təbiətsevərlərə çağırış - FOTO

Son xəbərlər