Əsas vəzifəmiz budur: Azərbaycan təsdiqləsin!


Bu gün bizim vəzifəmiz Azərbaycanın Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisini tanıdığını bir daha təsdiqləməsinə nail olmaqdır.


Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Artaşatda partiya yoldaşları ilə görüşündə deyib.


“Bugünkü siyasi debat məhz buna aiddir, çünki biz Ermənistan Respublikasının ərazi bütövlüyünü tanımayan bir çox siyasi qüvvələri görürük. Mən, əlbəttə ki, məsələn, Azərbaycan kimi danışmıram, amma kim düşünürsə ki, Ermənistan daha böyükdür, o hesab edir ki, bu (Ermənistan xəritəsinin maketini göstərir – red.), Ermənistanın ərazi bütövlüyü deyil. Əgər başqası Ermənistanın çox kiçik olduğunu düşünürsə, o da hesab edir ki, bu, Ermənistanın ərazi bütövlüyü deyil. Görünür, bu iki baxış bir-birinə ziddir, lakin hər ikisi deyir ki, bu, Ermənistanın ərazi bütövlüyü deyil”, - o bildirib.


Paşinyan qeyd edib ki, əvvəllər belə söhbətlər mümkün deyildi, çünki onlar da bunun üçün kifayət qədər yetkin deyildilər.

Tarix: 31-03-2024, 13:23
Baxış sayı: 211







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər