Mərkəzi Bankdan dollarla bağlı MÜHÜM AÇIQLAMA


“2024-cü ilin əvvəlindən bəri valyuta bazarında tarazlıq qorunub”. 


Bunu “Faiz dəhlizinin parametrləri haqqında” açıqlamasında Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib. 


AMB qeyd edib ki, ilin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artıb. Buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir. 


2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşlarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1% artdığını bildirən AMB investisiya qoyuluşunun əhəmiyyətli hissəsinin daxili mənbələr hesabına maliyyələşdirildiyini vurğulayıb.


AMB-nin şərhinə görə bu, qeyri-neft idxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub: “Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımını təsdiqləyir. Ümumilikdə, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. 2023-cü ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 11,5%-i səviyyəsində profisit olub. Ticarət balansında 2024-cü ilin ilk 2 ayında 2,3 milyard ABŞ dolları məbləğində profisit formalaşıb”. 



AMB qeyd edib ki, mövcud meyillər davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabı profisitli olacaq: “Bununla yanaşı fevralda depozit dollarlaşmasının azalmaqda davam etməsi yığım vasitəsi kimi manata inamın qorunduğunu göstərir. Belə ki, fevralda maliyyə sektoru çıxılmaqla hüquqi və fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi yanvar ayına nəzərən 1,3 faiz bəndi, ötən ilin fevral ayı ilə müqayisədə isə 9 faiz bəndi azalıb”.

Tarix: 29-03-2024, 00:02
Baxış sayı: 166







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən təbiətsevərlərə çağırış - FOTO

Son xəbərlər