Bakıda daha bir parkinqdə qiymətlər kəskin artırılır - CƏDVƏL + FOTO


Bakıda Azadlıq meydanının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər artırılır.

Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

Gündəlik tariflər aşağıdakı kimi olacaq:

0-1 saat - 1 manat;

1-3 saat - 2 manat;

3-6 saat - 3 manat;

6-12 saat - 5 manat;

12-24 saat 10 manat.

Aylıq tariflər isə belə olacaq:

Bir günə 12 saatlıq - 100 manat;

Bütün günü (24 saatlıq) - 140 manat;

Qonşular tarifi - 75 manat.

Qeyd edək ki, daha əvvəl bu parkinqdə qiymətlər 0-2 saat - 1 manat, 2-5 saat - 2 manat, 5-12 saat - 3 manat, 12-24 saat - 6 manat təşkil edirdi.


Aylıq abunə paketləri isə 12 saat üçün 50 manat, 24 saat üçün isə 80 manat idi.


Xatırladaq ki, bundan əvvəl Qış parkının yeraltı avtomobil dayanacağında da qiymətlərin 170 faiz artırılacağı bildirilib.


 

Tarix: 27-03-2024, 11:13
Baxış sayı: 111







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Özəl klinikalarda bu üsulla ödənişsiz xidmət ala bilərsiniz - VİDEO

Son xəbərlər