Beyrək Hüseynov ona olan təziqlərdən danışdı: "Şəxsiyyətə toxunmaq mənim..."


QobustanXeber.az və TodayNews.az xəbər portallarının rəhbəri, jurnalist və ictimai fəal Beyrək Hüseynov videomüraciət yayımlayıb.


Jurnalist videomüraciətində Qobustan rayon rəhbərliyi tərəfindən ona olunan təziqlərdən danışır. Videomüraciətdə həmçinin Qobustan rayon Nardaran kəndinin sivilzasiyadan uzaq, bərbad vəziyyətdə olması ilə bağlı Beyrək Hüseynovun ötən gün sosial şəbəkələrdə və xəbər portallarında dərc olunan yazısıyla bağlı Qobustan rayon icra başçısının yaxınlarının ona olan zənglərindən, təziqlərindən də danışıb.


Jurnalist müraciətdə bildirir ki, həmin şəxslər jurnalistin yazıda güya ki, rayon rəhbərliyinin şəxsiyyətinə toxunduğunu bildirib. İctimai fəal isə öz növbəsində bildirir ki, yazıda heç kəsin şəxsiyyətinə, şəxsi həyatına toxunulmayıb. Oçerkdə sırf rayon başçısının gördüyü və ya görməli olub, görmədiyi işlərdən danışılır: "Şəxsi həyat mənim qırmızı cizgimdi" deyə müraciətdə Beyrək Hüseynov qeyd edir.



Videomüraciətə buradan baxa bilərsiniz

Tarix: 25-03-2024, 17:34
Baxış sayı: 174







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Özəl klinikalarda bu üsulla ödənişsiz xidmət ala bilərsiniz - VİDEO

Son xəbərlər