Beyrək Hüseynov yazır: bizim "Maho Ağamız"... - VİDEO

 

Yəqin ki, çoxunuz Türkiyə kinomatoqrafiyasında Yeşilçam filmlərinin peşəkar sənətkarı, mərhum aktyor Kamal Sunalın "Kibar Feyzo" filminə baxıb. Filimdə aktyor Şener Şen "Maho ağa" obrazı ilə kəndin muxtarı kimi sakinlərə zülm edir, kəndi öz əsarəti altında saxlayır. Filmdəki bu hadisələri Qobustan rayonuna da şamil etsək səhv etmiş olmarıq.  Məsələn, götürək elə rayonun Nardaran kəndini.


Azərbaycan Televizyasının Qobustan rayonu Nardaran kəndi ilə bağlı hazırladığı bu sujetə baxanda, açığı,  buranın Qobustan rayonu olduğuna inanmadım. Axı Qobustan rayon icra hakimiyyətinin başçısı bizim "Maho Ağamız" Adil Məmmədov  "Mən də qobustanlıyam, Qobustana öz doğma rayonum kimi baxıram" deyir. Elə bu anda yadıma düşdü ki, lənət şeytana, adam heç öz doğma Oğuz rayonuna başçılıq etdiyi dövrdə belə rayonuna can yandırmayıb. Bunu mən yox oğuzlular deyir.


Demək ki, Adil Məmmədovun yalançı vədləri sadəcə auditoriyanı aldatmağa hesablanmış söz yığınağından ibarətdir və timsahın yalançı göz yaşlarına bərabərdir. Nəticə isə göz önündə. Necə deyərlər, "Görülən dağa nə bələdçi?!"




 

Beyrək Hüseynov,

Baş redaktor

Tarix: 24-03-2024, 13:31
Baxış sayı: 111







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Özəl klinikalarda bu üsulla ödənişsiz xidmət ala bilərsiniz - VİDEO

Son xəbərlər