Dodaqların rəngi bu xəstəliklərdən xəbər verir - DİQQƏT!


Solğun, bozumtul, quru, hətta çatlamış dodaqlar insan orqanizmindəki problemlərin xəbərçisi ola bilir.


İnsanın dodaqlarında olan dəyişikliklər bəzi xəstəliklərə işarə etdiyi üçün önəmli faktordur.


Solğun və bozumtul dodaqlar adətən qan azlığının əlamətidir.Dəmir və B12 vitamini çatışmazlığı zamanı qan azlığı meydana gəlir. Əgər bədəndə mis çatışmırsa dəmirin mənimsənilməsində problemlər yaranır. Lazımi qədər heyvan mənşəli qidalar qəbul etməmək də qan azlığı yaradır. 


Mavi dodaqlara isə soyuqdan üşüyən insanlarda daha çox rast gəlinir. Həmçinin zəhərlənmə zamanı da dodaqlar göyərə bilir.


Tünd dodaqlara isə daha siqaret çəkən insanlarda təsadüf edilir. Siqaret bədəndəki qan dövranını yavaşladır. Bundan başqa siqaret melanin piqmentinə də təsir edir. Nəticədə dodaqlar daha tünd rəngli görünürlər.


Dodaqların quru və çatlamış olmasının əsas səbəbi orqanizmdə omega-3 yağ turşusunun çatışmazlığıdır. Balıq yağı əsl omega-3 qaynağıdır. Hazırda fastfudların əksəriyyəti omega-6 yağ turşuları ilə zəngindir. Bu səbəbdən orqanizmdə omega-3 yağ turşuları azalır. Qışda çatlayan dodaqların bir səbəbi də D vitamini çatışmazlığıdır. Dodaq gelləri və kremləri istifadə edənlərin də sayı az deyil. Lakin bu kosmetoloji vasitələr problemi kökündən həll etmir. 

Tarix: 21-03-2024, 13:29
Baxış sayı: 97







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər