"Vətəndaşa iş verirlər, 1 il sonra çağırırlar ki..." - Fazil Mustafa nazirliyi TƏNQİD ETDİ


“2023-cü ildə mədəniyyət sahəsinə 454 milyon manat xərclənib”.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

 

“Ölkədə bir çox təşkilatlar fəaliyyət göstərir. Mədəni irsin qorunması üçün mühüm işlər görülüb. Lakin yüzlərlə mədəniyyət evi və məkanlarının olmaması ölkədə cinayətkarların artmasının əsas səbəblərindəndir”.

 

“Nazirlər Kabinetinin hesabatında, dövlət qarşısında duran yox, deputat olaraq qarşısında dura bilmədiyimiz problemlərdən danışmaq istəyirəm. Bunlar ailə-uşaq, təhsil kimi problemlərdir. 2023-cü ildə DOST tərəfindən 700 min şəxsə xidmətlər göstərilib. ƏƏSMN 643 min nəfərə məsləhət verib, 400 min nəfərə iş verib. Olmazmı ki, məsləhət verdikləri qədər iş versinlər?  İş verirlər, 1 il sonra çağırırlar ki, müqavilə bitib, bu da işsizliyin artmasına səbəb olur”, -  deputat qeyd edib.

Tarix: 15-03-2024, 14:11
Baxış sayı: 178







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər