Ramazanın ilk gününün imsak, iftar və namaz vaxtları


Sabah Ramazan ayının ilk günüdür.


TodayNews.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 11-də imsak vaxtı saat 05:33-də, iftar vaxtı isə saat 18:57-dədir.


Martın 11-i üçün namaz vaxtları:


Sübh azanı

05:38

Zöhr azanı

12:51

Əsr azanı

16:58

Məğrib azanı

18:57

İşa azanı

19:58

Birinci günün imsak vaxtı üçün duanı təqdim edirik: 


“Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!”.


Tərcüməsi:


“Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla, ey aləmdəkilərin məbudu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!”.


İftar duası:


“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.


Tərcüməsi:


“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.


Allah orucunuzu qəbul eləsin!

Tarix: 10-03-2024, 21:32
Baxış sayı: 197







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər