“Qarabağ” “Bayer”ə qarşı: Hesab açıldı - CANLI YAYIM + YENİLƏNİR

22.35

UEFA Avropa Liqasının 1/8 finalının ilk matçı çərçivəsində “Qarabağ” - “Bayer” oyununda hesab dəyişib.

Oyunun 45-ci dəqiqəsində Juninyo dəqiq zərbə ilə “Qarabağ”ı 2:0 önə keçirir.

Birinci hissə bitdi. 



22:19

UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində “Qarabağ” - “Bayer” matçı başlayıb.


Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.


Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə oynanılacaq.




20:42

UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində bu gün keçiriləcək “Qarabağ” - “Bayer” matçı üçün heyətlər açıqlanıb.


Qarabağ”: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 27.Toral Bayramov,  29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 66. Patrik Andrade. 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio.


Ehtiyat oyunçular: L.Quqeşaşvili, A.Ramazanov, M.Medvedev, M.Silva, K.Medina H.Keyta, R.Cica, A.İsayev, A.Hüseynov,  N.Axundzadə. 


Baş məşqçi: Qurban Qurbanov.


“Bayer”: Matey Kovar, Alexandro Qrimaldo, Edmond Tapsoba, Conatan Tah, Odilon Kassunu, Amin Adli,Robert Andrix, Ezekyel Palasios, Natan Tella, Borxa İqlesias, Adam Hlojek.


Baş məşqçi: Xabi Alonso.



09:16

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq.


Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın “Bayer 04” klubunu qəbul edəcək.


Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi fransalı Benua Bastyendir.


UEFA Avropa Liqası
1/8 final, ilk oyun


21:45. “Qarabağ” - “Bayer 04” (Almaniya)


Baş hakim: Benua Bastyen (Fransa).


Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 


Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

 

Tarix: 7-03-2024, 22:39
Baxış sayı: 118







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər