Premyer Liqa: “Qarabağ” “Neftçi”yə qalib gəldi - YENİLƏNİB + FOTO/VİDEO


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tur ölkə derbisi ilə başa çatıb.


“Neftçi” doğma azarkeşlər önündə “Qarabağ”la üz-üzə gəlib.


“Neftçi Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - (4:1). Qonaqların heyətində 47-ci dəqiqədə Nəriman Axundzadə, 60-cı dəqiqədə penaltidən Toral Bayramov fərqləniblər. “Ağ-qaralar”da Filip Ozobiç 71-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 90+3-cü dəqiqədə Toral Bayramov növbəti dəfə meydan sahiblərini məyus edib. 90+7-ci dəqiqədə Leandro Andrade matçda son nöqtəni qoyub.


Bu nəticədən sonra xallarının sayını 60-a çatdıran “Qarabağ” liderliyini daha da möhkəmləndirib. Paytaxt klubu 36 xalla üçüncüdür.


Qeyd edək ki, günün ilk görüşündə “Səbail” səfərdə “Qəbələ”yə qalib gəlib - (3:2). Daha əvvəl “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1), “Sabah” evdə “Araz-Naxçıvan”ı (2:0) məğlub edib. “Zirə” - “Turan Tovuz” görüşündə qalib müəyyənləşməyib - (1:1).


17:56

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turunda üz-üzə gələcək “Neftçi” və “Qarabağ”ın start heyətləri müəyyənləşib.


Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.


“Neftçi”: 93. Rza Cəfərov 10. Filip Ozobiç 8. Emin Mahmudov (k) 2. Qara Qarayev 19. Azər Salahlı 4. Mark Tamaş 99. Ervin Koffi 44. Yuri Matias 11. Kilan Lebon 88. Brayan Moreno 77. Yeqor Boqomolski


Ehtiyat oyunçular: 1. İvan Brkiç 30. Aqil Məmmədov 14. Eddi İsrafilov 3. Höccət Haqverdi 17. Rəhman Hacıyev 26. Ömər Buludov 16. Lukas Melano 22. Reziuan Mirzov 6. Dieqo Valdez 9. Andre Şinyaşiki 20. Alfa Konte

Baş məşqçi: Miodraq Bojoviç


“Qarabağ”: 99. Andrey Lunyov 55. Bədavi Hüseynov (k) 13. Bəhlul Mustafazadə 27. Toral Bayramov 90. Nəriman Axundzadə 29. Marko Veşoviç 10. Abdullah Zubir 66. Patrik Andrade 7. Yassin Benzia 8. Marko Yankoviç 15. Leandro Andrade


Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili 89. Amin Ramazanov 20. Riçard Almeyda 5. Maksim Medvedev 30. Abbas Hüseynov 24. Aleksey İsayev 44. Elvin Cəfərquliyev 11. Adama Diakabi 18. Olavio Juninyo 2. Mateus Silva 6. Julio Romao 19. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov


Qeyd edək ki, “Neftçi Arena”dakı qarşılaşma saat 19:00-da start götürəcək.


 

Tarix: 3-03-2024, 23:43
Baxış sayı: 100







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər