Azərbaycanda iş vaxtının saatları azaldıla bilərmi? - AÇIQLAMA


Zaman-zaman insanların işləmə müddəti müzakirə obyekti olub. Bu, müxtəlif ölkələrin qanunvericiliyinə əsasən formalaşır və fərqli rəqəmləri əhatə edir. Azərbaycanda da iş saatının qısaldılması müəyyən vaxtlarda gündəm olub.

 

Bununla bağlı açıqlama verən “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib ki, iş vaxtının saatının, gününün azaldılması, məsafədən işlərin yerinə yetirilməsi kimi məsələlər dünyada eksperiment şəklindədir:

 

“Söhbət əmək haqqını azaltmadan iş vaxtının qısaldılmasından gedir. Azərbaycanda isə dövlət sektoru bu dəyişikliklərə hazır deyil. Bunu etmək üçün qanunvericilik dəyişməlidir. Kommersiya qurumları isə qanunvericiliyə hər hansı dəyişiklik olmadan bunu edə bilərlər. Bizdə konstitutsion norma 8 saatdır. Praktikada isə bəzən işçini qanunsuz olaraq 10-12 saat işlədirlər”.


Ekspertin sözlərinə görə, dünyada bu praktikanı tətbiq edən biznes sahələri əmək haqqını dəyişmədən iş vaxtını o zaman azaldır ki, bundan fayda götürsün:

 

“Bu isə yeni və müasir texnologiyanın tətbiqi nəticəsində baş verir. Həm də ən əsası bunu etmək üçün sahibkar işçi qarşısında sosial məsuliyyətini dərk etməli, ona sosial partnyor kimi baxmalıdır. İşçisinə qul kimi baxan biznesmen, işəgötürən heç zaman işçi mənafelərini düşünməyəcək. Əvvəlcə təfəkkür dəyişməlidir, sonra qanunvericilik və praktika”.

Tarix: 3-05-2024, 17:10
Baxış sayı: 157







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər