Bu yolla əmlak alanların DİQQƏTİNƏ: "Çıxarışsız mənzillər..." - XƏBƏRDARLIQ!


Son zamanlar daşınmaz əmlak sahəsində nəzərəçarpan problemlər yaşanır. Belə ki, etibarnamə yolu ilə əmlak alan bəzi şəxslər dələduzluq halları ilə qarşılaşırlar.

 

Bununla bağlıaçıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, vətəndaşlar etibarnamə yolu ilə əmlak almamağa çalışmalıdırlar:

 

“Bu, həm çıxarışlı, həm də çıxarışsız mənzillərə şamil olunur. Əgər hər hansı bir əmlakı etibarnamə yolu ilə almaq məcburiyyətində qalırsınızsa, mütləq şəkildə həmin etibarnamə Azərbaycan notariuslarında verilmiş olsun. Eyni zamanda, həmin əmlakın sahibinin kimliyi ilə bağlı kiçik bir araşdırma aparmaq tövsiyə olunur”.


Ekspert araşdırmanın yollarından da söz açıb:

 

“Bununla bağlı məlumatı qonşulardan, bələdiyyədən, jekdən, sahə müvəkkili və.s aidiyyatı qurumlardan maraqlana bilərsiniz. Əmlak sahibinin özü ilə birbaşa təmasa keçməmiş, onun satışla bağlı fikrini öyrənməmiş etibarnamə ilə alqı-satqı etməyin. Xarici ölkələrdən, xüsusən də Rusiyadan satış üçün göndərilmiş etibarnamələrlə bağlı diqqətli olmaq lazımdır”.

Tarix: 30-04-2024, 14:26
Baxış sayı: 123







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər