Serbiya arxeoloqları Roma Zəfər tağını aşkar etdilər

Belqraddan 70 kilometr şərqdə, Kostolats şəhəri yaxınlığındakı Roma şəhəri olan Viminasiumda Zəfər tağı aşkarlanıb.

Todaynews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, aparıcı arxeoloq Miomir Koraçın sözlərinə görə, Zəfər tağı Roma əyaləti Meziyanın paytaxtı Viminasiumun əsas küçəsində aparılan qazıntılar zamanı aşkar edilib. O deyib: “Bu, həmin ərazidə rast gəlinən birinci Zəfər tağıdır. Onu eramızın üçüncü əsrinin birinci onilliklərinə aid etmək olar”.

Sərt soyuğa və güclü küləyə baxmayaraq, Serbiya arxeoloqları üçüncü əsrdə Balkanlarda tikilən qədim Romaya məxsus Zəfər tağının yerini tədqiq ediblər.

Birinci və altıncı əsrlər arasında mövcud olan Viminasium 45 min əhalisi olan geniş Roma şəhəri idi.

Üzərində “CAES/ANTO” hərfləri yazılan mərmər plitə hissələri tağın eramızın 198-217-ci illərində hökmranlıq edən Karakalla kimi tanınan imperator Mark Avreli Antoniyə həsr olunmasını təxmin etməyə imkan verir.

Viminasiumda qazıntıların 1882-ci ildən bəri davam etməsinə baxmayaraq, arxeoloqların fikrincə, onlar yalnız sahənin 5 faizini tədqiq ediblər. Onların sözlərinə görə bu, 450 hektar sahəni – Nyu-Yorkun Mərkəzi parkı ilə müqayisədə daha çox ərazini əhatə edir. Zəfər tağı həm də onunla qeyri-adidir ki, müasir şəhərin altında “basdırılıb”.

Hazırda arxeoloji tapıntılara iki Roma gəmisi, qızıl plitə, sikkələr, nefrit heykəllər, dini əşyalar, mozaika, freska, silah və üç mamontun qalıqları daxildir.

Tarix: 24-01-2024, 20:31
Baxış sayı: 75







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər