Boğazda olan bu narahatlıq ölümcül xəstəliyin XƏBƏRÇİSİDİR


Xərçəngin sürətlə yayılan növlərindən biri də ağız boşluğu xərçəngidir. O, hiss olunmadan yayılır.


Diş həkimləri ağız boşluğu xərçənginin gizli əlamətlərə malik olduğunu bildirib.

Türkiyəli həkim Ferah Həmid bu əlamətləri açıqlayıb:


“Boğazda davamlı narahatlıq hissi ağız boşluğu xərçənginin erkən xəbərdaredici əlaməti ola bilər. Bədənimizi dinləmək çox vacibdir. Əgər udma hissi fərqlidir və ya boğazda davamlı narahatlıq hiss edirsinizsə, diş həkiminiz və ya ailə həkiminizlə əlaqə saxlamalısınız”.


Mütəxəssis səsdəki dəyişikliklərin də xərçənglə bağlı ola biləcəyini bildirib:


“Əgər səsinizdə davamlı dəyişiklikləri müşahidə edirsinizsə, xüsusən, yüksək və ya aydın danışmaqda çətinlik çəkirsinizsə, bu, daha ciddi bir vəziyyətin əlaməti ola bilər. Bu simptomları görməməzliyə vurmayın”.


Boyundakı şişkin limfa düyünləri, çeynəmə, udma və ya danışmaqda çətinlik çəkmə ağız boşluğu xərçənginin göstəricisi ola bilər. Ağızda, dodaqlarda və ya dildə uyuşma və ya qeyri-adi hisslər, xüsusən də davamlı rəngsizləşmə, heç bir səbəb olmadan dişlərin itirilməsi halları da ağız boşluğu xərçənginin əlamətləri ola bilər. Bumlar davam edirsə və ya pisləşirsə, həkimə müraciət etmək mütləqdir”.

Tarix: 26-04-2024, 11:27
Baxış sayı: 183







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər