Həqiqətənmi, bir-birinə bənzəyən iki qar kristalı yoxdur?

Həqiqətənmi, bir-birinə bənzəyən iki qar kristalı yoxdur?

Todaynews.az bununla bağlı araşdırmanı təqdim edir.

Elmi araşdırmalara əsaslansaq, bu sualın cavabı, “Xeyr, yoxdur” olacaq. Belə ki, iki qar kristalının molekulyar quruluş və görünüş baxımından tamamilə eyni olma ehtimalı çox kiçikdir. Və ya bunun əksini sübut etmək asan deyil. Qış fəslində müşahidə olunan qar yağıntısı zamanı göydən düşən qar kristallarının sayı təxminən bir septilyondur (1^10²⁴). Təbii ki, bu qədər çox sayda qar kristallarının hər birində analiz apararaq onların müqayisəsini təhlil etmək çox çətin olardı. Ona görə bu fikrin sübut olunması “qeyri-mümkündür” - desək yanılmarıq.

Məsələ burasındadır ki, oxşarlığın yalnız qar kristalları formalaşan ilkin mərhələdə mövcud olduğu zənn edilir - sadə, altıbucaqlı prizma şəklində formalaşan qar kristalı kimi… Ancaq, qar dənəciyi səmadan düşəndə öz formalaşma mühitini dəyişdiyinə görə avtomatik onun forması da dəyişir (budaqlanır, böyüyür, başqa bir kristalla birləşir, kiçilir və s.). Elmi araşdırmalar nəticəsində molekulyar və atom səviyyəsində oxşarlığın tapılmamasının səbəbi kimi aşağıdakılar təqdim olunur:

❄️ Qar dənəsi su molekullarının aşağı temperaturda donması hesabına əmələ gəlir. Nəzərə almaq lazımdır ki, bütün su molekulları eyni formada mövcud deyil (müxtəlif sayda atom və izotop nisbətinə görə).

❄️ Kolorado ştatının Boulder şəhərindəki Milli Atmosfer Tədqiqatları Mərkəzinin qar tədqiqatçısı Çarlz Nayt hesab edir ki, hər qar kristalında 10 kentilyon (1^10¹⁸) su molekulu var. Bu molekulların öz-özünü təşkil edə biləcəyi ehtimalların sayı isə demək olar ki, sonsuzdur.

❄️ Qar kristalları formalaşarkən qeyri-sabit atmosfer şəraitinə (onların görünüşünə təsir edən mikromühitə belə) qarşı çox həssas olurlar və buna görə də müxtəlif formada təzahür edə bilirlər. Təsəvvür edin ki, onlar buluddan düşəndə belə temperatura qarşı həssaslıq səbəbindən öz ilkin formalarını yenidən dəyişirlər.

❄️ “National Geographic” mütəxəssislərinin araşdırmasına görə, -2.8⁰C-dən 0⁰C-yə qədər temperaturda qar dənəcikləri altıbucaqlı lövhə kimi formalaşır. Daha soyuq temperaturda isə onlar sütun şəklini alır.

❄️ Havanın rütubətinin də rolu az deyil. Belə ki, quru havada formalaşan qar dənəcikləri daha düz bir şəkildə forma alır. Nisbətən nəmli havada isə kristalların kənar hissələri daha çox böyüyür.

❄️ Son olaraq, bəzən iki qar dənəciyinin bir-birinə bənzədiyini güman edə bilərik, xüsusən də onlar sadə formalardadırsa, lakin hər hansı qar kristalını kifayət qədər yaxından araşdırsaq, onların hər birinin unikal olduğunun şahidi olacağıq.

Tarix: 23-01-2024, 16:37
Baxış sayı: 114







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər