Yaponiyadakı zəlzələ bölgəsində 51 nəfər hələ də itkindir

Yeni ilin ilk günündə Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 78-ə çatıb, 51 nəfər hələ də itkin hesab olunur.

Todaynews.az Yaponiya mediasına istinadla xəbər verir ki, dağıntı altında qalanların xilası üçün vacib olan 72 saatlıq müddətin başa çatmasına az qaldığı üçün itkin düşənlərin sağ tapılması ehtimalı getdikcə azalır. İtkin düşənlər prefekturanın zəlzələdən ən çox ziyan görən Vacima şəhərinin sakinləridir. Ən çox dağıntı elə Vacima şəhərində qeydə alınıb. Yeraltı təkanlardan sonra dağıntılarla yanaşı, şəhərdəki çox sayda tikilidə yanğın da meydana gəlib.

Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərinə xilasedicilər, fövqəladə hallar işçiləri ilə yanaşı, Yaponiya özünümüdafiə qüvvələrinin hərbçiləri də cəlb olunub. İlkin mərhələdə 1000 nəfər hərbçi bu işlərə cəlb olunmuşdusa, hazırda onların sayı 4600-ə çatıb.

Tarix: 4-01-2024, 12:29
Baxış sayı: 29







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər