Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI


Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak edir.


Çörək istehlakına dair göstərici ölkənin bütün regionları üzrə eyni deyil. Bəzi regionlarda istehlak miqdarı daha yüksək, bəzilərində isə daha aşağıdır. 


Bəs Azərbaycanda ən çox və ən az çörək istehlak edən regionlar hansılardır?


Rəsmi məlumatlara əsasən, ölkəmizdə ən az çorək və çörək məhsulları Bakıda istehlak edilir. Bakı sakinləri il ərzində adambaşına 118 kq çörək yeyirlər. 


Bakıdan sonra ən az çörək istehlak edən regionlar Qazax-Tovuz, Naxçıvan Muxtar Respublikası və Abşeron-Xızı regionudur. 


Qazax-Tovuz regionunda (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz) əhali ildə 125 kq, Naxçıvanda 127 kq, Abşeron-Xızı regionunda (Abşeron və Xızı rayonları, Sumqayıt şəhəri) 128 kq çörək istehlak edib. 


Bəzi regionlarda çörək istehlakı respublika üzrə orta göstəricidən xeyli yüksək olub. Bu baxımdan öndə gələn regionlar Quba-Xaçmaz (Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən) və Qarabağdır (Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər). 


İl ərzində Quba-Xaçmazda yaşayan insanlar 155,4 kq, Qarabağ əhalisi isə 155 kq çörək istehlak ediblər. 


Adıçəkilən regionlarla yanaşı Gəncə-Daşkəsən (144,6 kq), Mərkəzi Aran (142 kq), Dağlıq Şirvan (142 kq) çox çörək istehlak edən regionlardandır. 


Müqayisədən görünür ki, Azərbaycanda ən az çörək yeyilən regionla (Bakı), ən çox çörək istehlak edilən region arasında adambaşına düşən fərq 37 kq-dan çoxdur.

Tarix: 25-04-2024, 13:57
Baxış sayı: 175







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər