Kompüter oyunları insanlarda eşitmə problemi riskini yüksəldir

Aparılan beynəlxalq araşdırma uzun müddət kompüter oyunları oynayan insanlarda eşitmə problemi və tinnitus riskinin daha yüksək olduğunu təsdiqləyib.

Todaynews.az "BMJ Public Health" jurnalına istinadla bildirir ki, ABŞ, İsveçrə, Çin və Avstraliyadan olan tədqiqatçılar dünya üzrə gənclər və uşaqlar arasından 54 min nəfəri əhatə edən 14 tədqiqatı təhlil ediblər. Tapdıqları nəticələr əsasında kompüter oyunları və eşitmə problemi arasında ciddi əlaqələrin olduğu müəyyənləşib.

Araşdırmanın tədqiqatçısı Loren Dillardın sözlərinə görə, uzun müddət kompüter oyunları insanlarda sadəcə eşitmə deyil, digər bir sıra xəstəliklərin yaranması üçün şərait yaradır. Güclü səsə məruz qalmaq qulaqdakı hüceyrələri yorur və bu eşitməyə mənfi təsir edir. Xüsusilə, qulağında yanaşı xəstəliklər olan insanlarda ağırlaşmış xəstəliklər yarada bilər. Mütəxəssis qeyd edib ki, daimi və ya uzun müddətli səs-küyə məruz qalmaq da daimi eşitmə probleminə səbəb olur.

Tarix: 23-01-2024, 16:28
Baxış sayı: 123







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər