Bu rayonun 16 kəndində qaz olmayacaq
Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.
Masallı rayonu ərazisində yerləşən “Tüklə” qazpaylayıcı stansiyada əhali xəttinin üzərində quraşdırılmış diametri 200 mm-lik siyirtmənin əvəzlənməsi nəzərdə tutulur.
Bu məqsədlə Boradigah, Türkoba, Hışkədərə, Mişkəmi, Miyənkü, Kubin, Mollaoba Babaser, Məmmədoba, Ninəlov, Qodman, Böyük Kolatan, Şatıroba, Mahmudovar, Tüklə və Bədəlan kəndlərində ümumilikdə 8900 abonentin qaz təchizatının 22 aprel saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Tarix: 19-04-2024, 22:38
Baxış sayı: 154
Digər xəbərlər
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər