Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
“Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir”.
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.
Xatırladaq ki, A.Səfərova aprelin 17-də səhər saatlarında ağır qəzaya düşüb. Hadisə zamanı daha bir nəfər xəsarət alıb, bir nəfər isə həyatını itirib.
Tarix: 18-04-2024, 11:51
Baxış sayı: 135
Digər xəbərlər
Lukaşenko Azərbaycana gəldi
Paşinyan Azərbaycanla sülh prosesi haqqında: “Kosmosa uçuşlar da qeyri-real görünürdü”
İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - VİDEO
Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir