İran-İsrail gərginliyi hava nəqliyyatında problemlər yaratdı


İranın İsrailə hücumundan sonra bir sıra iri beynəlxalq aviaşirkətlər hava uçuşlarında problemlərlə üzləşib.

 

Son iki gündə ən azı ondan çox aviaşirkət, o cümlədən "Qantas" (QAN.AX), "Lufthansa" (LHAG.DE), "United Airlines", "Air India" və digərləri uçuşları ləğv etməli olub. Mütəxəssislərin fikrincə, bu fasilələr 2001-ci il sentyabrın 11-dən sonra hava nəqliyyatı sahəsində qeydə alınan ən böyük fasilələr olub.
 

Sənaye ekspertlərinin fikrincə, bu, hava nəqliyyatı sektorunda xaotik vəziyyətə gətirib çıxara bilər. Rusiya-Ukrayna hərbi qarşıdurmasının, Fələstin-İsrail münaqişəsinin hazırkı gərginləşməsindən sonra aviadaşıyıcılar artıq davamlı olaraq uçuşlarını və uçuş marşrutlarını nəzərdən keçirib, müəyyən düzəlişlər ediblər.

 

İranın hava məkanını Avropa və Asiya arasında hava nəqliyyatını təmin edən aviaşirkətlər istifadə edir və indi İran ərazisindəki məhdudiyyətlər iki alternativ buraxır: Türkiyə və ya Səudiyyə Ərəbistanı üzərindən uçuşlar.

 

İsrail şənbə günü hava məkanını bağlayıb, lakin bazar günü səhər yenidən açıb.
 

İordaniya, İraq və Livan da öz əraziləri ilə hava nəqliyyatını bərpa ediblər. "Emirates Airlines", "Qatar Airways" və "Etihad Airways" daxil olmaqla Yaxın Şərqin ən böyük aviaşirkətləri uçuş-enmə zolaqlarında düzəlişlərdən sonra uçuşları bərpa edəcəklərini açıqlayıblar.

Tarix: 15-04-2024, 23:43
Baxış sayı: 185







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Ağadadaş Ağayevin keçmiş gəlini dələduzluq edir? - FOTOLAR

Son xəbərlər