Özbəkistan Prezidenti Şavkat Mirziyoyev respublikanın müdafiə quruculuğu və Silahlı Qüvvələrinin inkişafı məsələləri ilə bağlı müşavirə keçirib.
Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Bu il yanvarın 2-də Şavkat Mirziyoyev Özbəkistan Respublikasının müdafiə quruculuğu və Silahlı Qüvvələrinin inkişafı məsələlərinə dair müşavirə keçirib. İclasda ölkə qoşunlarının döyüş hazırlığının daha da artırılması, müasir silah və hərbi texnika ilə təchiz edilməsi məsələləri müzakirə olunub. Bundan əlavə, mövcud silahların modernləşdirilməsinin zəruriliyi qeyd edilib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, tədbirdə Özbəkistan gənclərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial təminatı məsələləri də müzakirə olunub.
Mənbə: upl.uz
Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi
Azərbaycan XİN: "Fransa tərəfi üzr istəməlidir"
İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər