“Bayer” tarixində ilk dəfə Almaniya çempionu oldu


Almaniya Bundesliqasında 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib.

 

Xabi Alonsonun başçılıq etdiyi "Bayer" komandası XXIX turda çempionluğu rəsmiləşdirib.

 

Leverkuzen təmsilçisi doğma meydanda “Verder” klubunu 5:0 hesabı ilə məğlub edərək xallarının sayını 79-a çatdırıb. Komanda bununla da tarixində ilk dəfə ölkə çempionu titulunu qazanıb.

 

"Bayer" bu mövsüm keçirdiyi 29 matçın heç birində məğlub olmayıb, 25 qələbə və 4 heç-heçə ilə yadda qalıb.

 

"Bavariya" isə 63 xalla ikinci pillədə qərarlaşıb.

Tarix: 14-04-2024, 23:19
Baxış sayı: 163







TAM XƏBƏR
Bütün
Xəbərlər
Müsahibə
Foto
Sorğu
Günün fotosu

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Son xəbərlər